BİZNES

Millət vəkili “Ələt azad iqtisadi zona haqqında” qanun layihəsinə etiraz edib
13 FEVRAL
318

Millət vəkili “Ələt azad iqtisadi zona haqqında” qanun layihəsinə etiraz edib

2018-02-13 14:50:00

“Ələt azad iqtisadi zona haqqında” qanun layihəsi ölkə konstitusiyası ilə ziddiyyət təşkil edir. Fins.az Apa-ya istinadən xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında qanun layihəsinin müzakirəsində çıxışı zamanı deyib. O bildirib ki, qanun layihəsində nəzərdə tutulan əmək qaydaları, ətraf mühitin mühafizəsi və azad iqtisadi zonada mübahisələrin həlli ilə bağlı normalar yenidən işlənməlidir və yaxud ümumiyyətlə qanunvericilikdən çıxarılmalıdır.

“Qanun layihəsində qeyd olunub ki, Azərbaycanda investorlar üçün əlverişli şərait yaradılır ki, bu da onları vergi və gömrük rüsumlarından azad edir. Biz ekologiya, əmək hüquqları ilə bağlı beynəlxalq konvensiyaya qoşulmuşuq. Əgər biz vətəndaşların fundamental hüquq və azadlıqlarından danışırıqsa, bu normalarla bağlı investororlara hansı güzəştdən söhbət gedə bilər? Ekologiya ilə bağlı xarici investora nə kimi güzəştdən söhbət gedə bilər?”,- deyə millət vəkili öz narazılığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276