BİZNES

“Caspian European Club”un ekspert şurasının iclası keçiriləcək
10 YANVAR
328

“Caspian European Club”un ekspert şurasının iclası keçiriləcək

2018-01-10 12:31:00

Yanvarın 17-də “Caspian European Club”un ekspert şurasının qapalı iclası keçiriləcək. Fins.az-ın məlumatına görə, bu barədə “Caspian European Club”un baş icraçı direktoru Mustafa Abbasbəyli məlumat verib.

Onun sözlərinə görə, toplantıda müəyyən instansiyalara göndəriləcək vergi, gömrük, bank və sığorta sahələri ilə bağlı təkliflər paketi müzakirə ediləcək və təsdiqlənəcək. M.Abbasbəyli qeyd edib ki, “Caspian European Club”un ekspert şurası beynəlxalq təcrübəni nəzərə alaraq Klubun üzv şirkətləri ilə birgə Azərbaycanda sahibkarlığın inkişafı və tənzimləyici dövlət orqanlarının müdaxilələrinin aradan qaldırılması üzrə müntəzəm təkliflər hazırlayır.

O həmçinin xatırladıb ki, ötən il Azərbaycan Prezidenti, “Caspian European Club”un sədri İlham Əliyevə tənzimləyici dövlət orqanları tərəfindən özəl sektor şirkətlərində aparılan yoxlamaların dayandırılmasının daha iki il müddətinə uzadılması təklifinə baxmaq xahişinin əks olunduğu məktub ünvanlanıb.

“Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258