BİZNES

“WorldFood Moscow” sərgisində bir çox Azərbaycan şirkəti ixracla bağlı müqavilələr imzalayıb
11 SENTYABR
261

“WorldFood Moscow” sərgisində bir çox Azərbaycan şirkəti ixracla bağlı müqavilələr imzalayıb

2017-09-11 19:07:00

“Rusiya paytaxtında keçirilən “WorldFood Moscow” Beynəlxalq Ərzaq Malları Sərgisində ən çox maraq doğuran “Made in Azerbaijan” milli stendidir. Artıq bir çox şirkətlərimiz Rusiya bazarlarına ixracla bağlı müqavilələr imzalayıblar”. Fins.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-ın müxbirinə müsahibəsində Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahil Babayev Moskvada bu gün öz işinə başlayan “WorldFood Moscow” Beynəlxalq Ərzaq Malları Sərgisində söyləyib.

S.Babayevin sözlərinə görə, Azərbaycan ərzaqlarının dequstasiyası, milli kulinariyamızın, musiqimizin, rəqslərimizin nümayişi də sərgidə fərqli əhval-ruhiyyə yaradıb. “Bu cür sərgilər vasitəsilə Azərbaycanın qeyri-neft ixracı, Azərbaycan bazarının şaxələndirilməsi ilə bağlı nailiyyətlər əldə edəcəyimizə əminik. Bu ilin ötən 7 ayı ərzində Azərbaycanda qeyri-neft ixracı 30 faiz, kənd təsərrüfatı məhsullarının ixracı 38 faiz, sənaye məhsullarının ixracı isə 23 faiz artıb. Bu, bir daha ölkəmizdə Azərbaycan mallarının xarici bazarlara çıxarılması sahəsində həyata keçirilən siyasətin uğurundan xəbər verir”, - deyə nazir müavini bildirib.

Rusiya ilə əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsində olduğunu diqqətə çatdıran Sahil Babayev bildirib ki, bu ilin 7 ayında Azərbaycan məhsullarının Rusiyaya ixracı 55 faiz artıb. Rusiyanın ixrac üçün böyük imkanlara malik olduğunu vurğulayan nazir müavini Azərbaycan şirkətlərinin bu bazara intensiv yönəldildiyini qeyd edib.

S.Babayev Azərbaycan Prezidentinin müvafiq Fərmanına uyğun olaraq xarici ölkələrdəki səfirliklərdə ticarət nümayəndələrinin təyin olunmasının əhəmiyyətini vurğulayıb: “Rusiyada da ticarət nümayəndəmiz fəaliyyətə başlayır və hazırda bu qurumun aparatının formalaşması üzərində iş gedir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287