BİZNES

Bakıda Azərbaycan-İran biznes forumu keçirilir
20 SENTYABR
250

Bakıda Azərbaycan-İran biznes forumu keçirilir

2016-09-20 18:40:00

İran Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır.Fins.az xəbər verir ki, bu fikri İran İslam Respublikasının dağ-mədən və sənaye nazirinin müavini Cəfər Sərqeyni sentyabrın 20-də Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda deyib.Nazir müavini qeyd edib ki, bugünkü biznes forum Azərbaycan və İran arasında iqtisadi əlaqələrin dərinləşməsinə, iş adamları arasında yeni əməkdaşlıq imkanlarının yaranmasına öz töhfəsini verəcək.

Bu il hər iki ölkə arasında ticarət dövriyyəsinin artdığını deyən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov diqqətə çatdırıb ki, hazırda Azərbaycanda 400-ə yaxın İran şirkəti fəaliyyət göstərir.

Tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və İranın "Pars Pegah Tejarat" şirkətinin birgə təşkilatçılığı ilə baş tutub. Biznes forumda hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, neft-qaz, kimya sənayesi, kənd təsərrüfatı, qida sənayesi, tikinti, mühəndislik və digər sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275