BİZNES

Vergi əməkdaşları qanunsuz sex aşkar ediblər
07 SENTYABR
234

Vergi əməkdaşları qanunsuz sex aşkar ediblər

2016-09-07 14:59:00
Vergilər Nazirliyinin əməkdaşları Bakıda aparılan vergi nəzarəti zamanı qanunu pozmaqla saxta əmtəə nişanlı yuyucu vasitələri istehsal edən sex aşkar ediblər. Nazirlikdən fins.az-a bildirilib ki, fiziki şəxs Abdullayev Elməddin Fazil oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən obyektində “FRESH” və “ONEX” adlı əmtəə nişanı adı altında mənşəyi bilinməyən kimyəvi yuyucu məhsullar hazırlayıb qablaşdıraraq, müxtəlif ticarət obyektlərində satılırmış.
 
Bu işlərə 5 nəfər cəlb edilib ki, onlarla da əmək müqaviləsi bağlanmayıb. Vergi ödəyicisinin anbarından ümumi satış qiyməti 2784 manat olan 0,5 litr, 1 litr və 4 litrlik qablarda 6416 ədəd yuyucu məhsul aşkarlanıb.
 
Əmək müqaviləsi bağlamadan işçiləri işə cəlb etdiyinə görə vergi ödəyicisi barəsində müvafiq akt tərtib edilib və “qara mühasibatlıq” sənədləri götürülüb.
 
Araşdırma zamanı Elməddin Abdullayevin vergi ödəyicisi kimi 09.12.2013-cü il tarixdə qeydiyyatdan keçdiyi, lakin fəaliyyət göstərdiyi istehsal sexini təsərrüfat subyekti kimi qeydiyyatdan keçirilmədiyi müəyyən olunub.
 
Vergilər Nazirliyi xəbərdarlıq edir ki, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən onların işlədilməsi hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq, intizamsız vergi ödəyicilərinə qarşı qanunda nəzərdə tutulmuş ən sərt tədbirlər görüləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272