BİZNES

Yeni müəssisələrin əksəriyyəti Bakıda açılır
13 İYUL
209

Yeni müəssisələrin əksəriyyəti Bakıda açılır

2016-07-13 15:00:00

2016-cı ilin yanvar-iyun aylarında ölkədə 4 min 362 müəssisə və təşkilat (onların nümayəndəlik və filialları) yaradılmış və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 29,7 faiz artib. Bu barədə fins.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, yeni müəssisə və təşkilatların 63,1 faizi Bakıda, 11 faizi Aran, 7,7 faizi Abşeron, 4,7 faizi Lənkəran, 4,5 faizi Gəncə-Qazax, 3,9 faizi Quba-Xaçmaz

iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.

Bundan əlavə, 2016-cı ilin yanvar-iyun aylarında fərdi sahibkarlıqla məşğul olmaq üçün ölkənin vergi orqanlarında 48 min 911 fiziki şəxs qeydiyyatdan keçib. Onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 30,5 faiz artib.

Fərdi sahibkarlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275