BİZNES

«TAX FREE»yə hər mağaza qoşula bilməyəcək
20 İYUN
330

«TAX FREE»yə hər mağaza qoşula bilməyəcək

2016-06-20 14:56:00

Azərbaycanda xarici turistlərə vergi güzəştini nəzərdə tutan TAX FREE sisteminə heç də bütün mağazalar qoşula bilməyəcək. Fins.az-ın məlumatın a görə, bununla bağlı qanun layihəsinə əsasən, mağazaların «TAX FREE»yə qoşulması könüllüdür, yəni hansı mağaza bu sistemə qoşulmaq istəsə Vergilər Nazirliyinə müraciət etməlidir. Amma bunun üçün mağazalar müəyyən tələblərə cavab verməli olacaq.

Eləcə də bax: Bakının ticarət mərkəzlərində - YENİLİK

Əvvəla «TAX FREE»yə yalnız ƏDV ödəyicisi olan mağazalar qoşula bilərlər: «Bu sistem ƏDV-nin qaytarılmasını nəzərdə tutduğuna görə, sadələşdirilmiş vergi ödəyiciləri bura üzv ola bilməzlər». Bundan başqa, mağaza yalnız pərakəndə satışla məşğul olmalı, burada nəzarət kassa apparatı quraşdırılmalı, pos-terminalı işləməlidir. Ən əsası «TAX FREE»yə qoşulmaq üçün mağazanın vergi borcu olmamalıdır.

Hələlik yalnız hava limanından başlanacaq

Qeyd edək ki, Vergilər Nazirliyi ölkədə ilk dəfə olaraq TAX FREE xidmətinin başlanacağını ötən həftənin sonunda elan edib. Qeyd edək ki, bu xidmət işə düşəndən sonra Bakı mağazalarında 300 manatdan artıq alış-veriş edən turistlər ölkədən çıxarkən bu məbləğə tətbiq edilən ƏDB-ni (Hazırda 18% təşkil edir) geri ala biləcəklər.Fins.az-ın məlumatına görə, yeniliyin ilk növbədə hava limanından başlanmasına səbəb odur ki, TAX FREE zamanı ƏDV-nin hesablanması və qaytarılmasına imkan verən infrastruktur yalnız hava limanında qurulub.

Ona görə də hələlik vergi güzəştindən yalnız Bakıya hava limanı ilə gələnlər faydalana biləcəklər. «Gələcəkdə, ölkənin digər çıxışlarında belə sistem qurulanda TAX FREE orada da tətbiq ediləcək»-deyə fins.az-a bildirilib. Amma Azərbaycanda daimi və müvəqqəti yaşayış izni olan, eləcə də ölkəmizə işləməyə gələn xaricilərə, bu aid deyil.

Artıq bütün sistem yaradılıb

«TAX FREE»yə başlanması üçün nə mağazalarda, nə də gömrük strukturlarında əlavə infrastrukturun yavradılmasına ehtiyac olmayacaq. Bu iş vahid sistemdən idarə olunacaq, sistemin operatoru isə Vergilər Nazirliyidir. Mağazalarda vergi hesab-fakturasının çapı üçün çatışmayan avadanlıqları da Vergilər Nazirliyi özü verəcək.

«Aldığın malları göstər!»

Amma «TAX FREE» sisteminin işinə ciddi nəzarət də olacaq. Fins.az-ın məlumatına görə, xarici turistlər aldıqları mallara görə, ƏDV-ni geri istəyərkən, yəni «TAX FREE» üçün müraciət edəndə gömrük əməkdaşlarının ixtiyarı olacaq ki, onlar aldıqları malları göstərsinlər.

«Bununla bağlı qanunda risk qiymətləndirilməsi olacaq və gömrük orqanının hər hansı malı açıb baxmaq hüququ olacaq. Qanun layihəsində risk qiymətləndirməsi modeli nəzərdə tutulub. Bu model Dövlət Gömük Komitəsi tərəfindən hazırlanacaq və elektron infrastruktura daxil ediləcək».

Geriyə qüvvəsi olan qanun

Qeyd edək ki, «TAX FREE» haqqında qanun layihəsinin parlamentdə bu həftə müzakirə ediləcəyi gözlənilir. Qanun qəbul edilərkən onun daha əvvəlki tarixdən qüvvəyə minməspi də istisna deyil. Bu baş versə, Azərbaycana daha tez, məsələn Formula-1 yarışları zamanı gələn turistlər də «TAX FREE»dən faydalana biləcək.

Xüsusi olaraq «Xəzər TV»nin əməkdaşlarının nəzərinə: Bu məlumatdan hər hansı formada istifadə edərkən hökmən Fins.az-a istinad edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271