BİRJA

Neft son 3 ayın minimumları geri dönür
04 OKTYABR
139

Neft son 3 ayın minimumları geri dönür

2019-10-04 16:21:00

Krallığın Energetika Nazirinin sözlərinə görə, bölgədə gündə 10 milyon barel neft hasilatı tam şəkildə bərpa olunub.

Krallığın Energetika Nazirinin sözlərinə görə, bölgədə gündə 10 milyon barel neft hasilatı tam şəkildə bərpa olunub. Səudiyyə Ərəbistanı rəsmi olaraq, keçən ay dronların ölkədəki iki əsas neft infrastrukturuna hücumundan sonra gündəlik 10 milyon barrel səviyyəsində hasilatın tam bərpa olunduğunu açıqladı. Bu xəbərdə neft qiymətləri avqust ayından bəri ən aşağı səviyyələrə düşürdü.

Energetika naziri Şahzadə Əbdüləziz ibn Salman hasilatın gündə 9,9 milyon barel səviyyəsində "sabitləşdiyini" və istifadə edilməmiş sahələri əhatə edən ümumi istehsal gücü 11.3 milyona çatdığını söylədi və hasilat gücü gündə təqribən 12 milyon barelə çatdı.

Energetika nazirinin açıqladığı rəqəmlər peyk məlumatları ilə üst-üstə düşür. Peyk görüntüləri ilə krallıqdakı hasilatı qiymətləndirən "Genscape" müştərilərinə keçən həftə sonu ölkənin neft hasilatının 10 milyon barelə yaxın səviyyəyə yüksəldiyini bildirmişdi.

Bu açıqlamalardan sonra neft qiymətlərı avqust ayının minimumları olan 56.12 dollar səviyyəsini test etdi. 

Neft alverçiləri,Trump-ın İranı günahlandırdığı hücumların təsirini yumşaldan  qlobal iqtisadiyyatdakı yavaşlama fonunda tələbin azalması əlamətlərindən narahatdırlar. Tehran bununla bağlı bütün iddiaları rədd edir. 

Səudiyyə Ərəbistanının Enerji Naziri, OPEC və müttəfiqlərinin, o cümlədən Rusiyanın tənəzzül halında hasilatı daha da azalda biləcəyini açıqladı. 

Bununla birlikdə, qiymətlərin enməsi Səudiyyə Ərəbistanını narahat etməyə davam edir, çünki kotirovkalar indi balanslı büdcə üçün tələb olunan qiymətdən ən azı 20 dollar azdır. 

Bu açıqlamalardan sonra neft qiymətləri minimumlardan dəstək götürüb yenidən 58 dollar səviyyəsinə qədər bahalaşdı. 

Qiymətlər 58.50 dollar hədəfini qırıb üzərində möhkəmlənə bilsə növbəti kəsilə biləcək hədəf 59.65 dollardır. 

Bu gün Bakı vaxtı ilə saat 21.00-da açıqlanacaq Baker Hughes - Neft qazma platformalarının sayı ilə bağlı xəbər investorların diqqət mərkəzindədir. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır