BİRJA

"Bitcoin" yenə sevindirdi
07 FEVRAL
86

"Bitcoin" yenə sevindirdi

2019-02-07 09:35:00

"Bitcoin"in məzənnəsi son 1 gündə 0,11% bahalaşaraq 3 424 ABŞ dolları olub. Nəticədə kriptovalyutanın bazar dəyəri 60,001 mlrd. dollara kimi irəliləyib. Fins.az xəbər verir ki, ilk yüzlükdə qərar tutan kriptovalyutaların 72%-i dəyər qazanıb. Rəqəmsal valyuta bazarının toplam həcmi 112,213 mlrd. dollara kimi artıb. “Ripple”ın qiyməti son sutkada 0,10% artaraq 0,293 dollar olub. Bu kriptopulun kapitallaşması 12,065 milyard dollara çatıb. "Ethereum"un məzənnəsi 1,61% bahalaşaraq 105 dolların üzərində mübadilə edilir. Altkoinin bazar dəyəri 11,036 milyard dollar həddində qərarlaşıb. İlk oluqda dəyər itirən yeganə altkoin “Stellar” olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9295
  • ₽ RUB
    0.0259