BİRJA

Neftin qiymətinin enməsinin əsas səbəbləri - Ekspertdən şərh
18 DEKABR 2018
342

Neftin qiymətinin enməsinin əsas səbəbləri - Ekspertdən şərh

2018-12-18 14:47:00

Bu gün neftin hazırda qiymətinin enməsinin əsas səbəblərindən biri Federal Ehtiyat Sisteminin (FES) iclasına Tramp administrasiyasının mesajıdır. Belə ki, Tramp FES-in faiz artımı etməsinə qarşıdır və faiz artımının olmaması üçün əsas amillərin olduğunu göstərmək istəyir. Fins.az xəbər verir ki, bu fikirləri ekspert Elman Sadıqov bildirib.  Onun fikrincə neftin qiymətində enmənin  əsas amillərindən birincisi isə hazırda inflyasiya dərəcəsidir. Əgər FES inflyasiyasının artmayacağına əmin olarsa faiz artımı etməyə bilər. İnflyasiyaya əsas təsir göstərən amillərdən biri isə enerjinin (neftin, qazın) qiymətidir. FES-in faiz artımını həyata keçirtməməsinə bu qədər şiddətlə qarşı olmaq üçün əslində Tramp administrasiyasının əlində kifayət qədər əsaslar vardır: birjalardakı vəziyyət (faiz artımından sonra səhmlərin düşməsi və iqtisadi daralma risklərinin olacağıdır ki, bu da Trampın iqtisadi sahədə əldə etdiyi nailiyyətlərə kölgə sala bilər), istiqraz bazarındakı çox riskli vəziyyət (bu barədə fikirlərimi geniş şəkildə 1 il öncəki məqalələrimdə açıqlamışdım), bahalı dolların hazırda borc və tədiyyə balansı məsələlərində əngələ çevrilməsi (ABŞ yüksək səviyyədə olan borclarını azaltmaq və tədiyyə balansındakı mənfi saldonu ən azı neytrallaşdırmaq üçün dolların daha da bahalaşmamasına ehtiyac duyur). Dolayısı ilə, bu gün dünyada neftin qiymətinin ABŞ iqtisadiyyatı üçün çox böyük əhəmiyyət daşımağa başlaması səbəbindən böyük ehtimalla Tramp adiministrasiyası bu məsələdə çox prinsipial və qərarlı olmaqda davam edəcək.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264