BİRJA

Bu gün Vyanada OPEC və OPEC+ ölkə Nazirlərinin Birgə Monitorinq Komitəsinin XII iclası keçiriləcək
05 DEKABR
46

Bu gün Vyanada OPEC və OPEC+ ölkə Nazirlərinin Birgə Monitorinq Komitəsinin XII iclası keçiriləcək

2018-12-05 10:55:00

Bu gün Avstriyanın paytaxtı Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin XII iclası keçiriləcək.

Fins.az AZƏRTAC-a istinadən  xəbər verir ki, toplantıda OPEC+ üzrə hasilatın azaldılması, həmçinin neft bazarında baş verən proseslər, ABŞ-ın İrana qarşı sanksiyaları fonunda bazarda tələb və təklifin vəziyyəti, cari ilin sonunda başa çatacaq Vyana razılaşmasından sonra da OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlığın davam etdirilməsi, Rusiyanın müşahidəçi ölkə kimi OPEC-ə qoşulması məsələləri müzakirə olunacaq. İclas çərçivəsində Rusiya ilə OPEC arasında əməkdaşlıq müqaviləsinin imzalaması da planlaşdırılır.

Toplantıda Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edir.

Dekabrın 6-da OPEC Nazirlər Şurasının 175-ci iclası keçiriləcək. Nazir dekabrın 7-də isə OPEC və qeyri-OPEC nazirlərinin V görüşünə qatılacaq. Səfər çərçivəsində P.Şahbazovun bir sıra ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində təşkilata üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari il iyunun 23-də isə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin IV iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255