BİRJA

Azərbaycan nefti ucuzlaşıb
30 NOYABR
169

Azərbaycan nefti ucuzlaşıb

2018-11-30 09:11:00

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 28-də 62,03 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1 dollar/barel azdır.

Fins.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 28-də 60,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,98 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 28-də 56,4 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu, əvvəlki qiymətdən 1,16 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti noyabrın 28-də 58,36 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,02 dollar/barel azdır.

 Eləcə də bax: ABŞ ilə Səudiyyə Ərəbistanı arasında daha bir rekord məbləğli saziş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255