BİRJA

Korporativ qiymətli kağızların buraxılışı ilə bağlı dəyişiklik
19 NOYABR
127

Korporativ qiymətli kağızların buraxılışı ilə bağlı dəyişiklik

2018-11-19 16:57:00

Fins.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verirr ki, bu ilin doqquz ayı ərzində Azərbaycanda ümumi nominal məbləği 11,9 milyard manat olan qiymətli kağızlar buraxılışı qeyfiyyata alınıb. Artım 1,8 dəfə təşkil edir. Bazarın əsas iştirakçıları Maliyyə Nazirliyi və Mərkəzi Bankdır.  Bu müddətdə Maliyyə Bazarlarına Nəzarət Palatasında qeydə alınmış korporativ qiymətli kağızların həcmi (1 milyard 941,9 milyon manat) 23,2 faiz azalıb. Bu il dövlət və özəl şirkətlər ümumi nominal dəyəri 962,5 milyon manat olan səhm emissiya ediblər. 2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan şirkətlərinin səhm emissiyası 2 milyard 252,6 milyon manat təşkil edib. Bu ilin 9 ayı ərzində korporativ istiqrazların buraxılması 979,4 milyon manat təşkil edib ki, bu da 2017-ci ildəkindən 3,5 dəfə çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256