BİRJA

Tron dayanmaq bilmir – IOTA-nı da keçdi
21 İYUN
198

Tron dayanmaq bilmir – IOTA-nı da keçdi

2018-06-21 16:55:00

Məşhur kriptovalyutalardan sayılan Tron-un həmtəsisçisi Castin San və komandası coini cari səviyyəyə gətirmək üçün bir çox müqavilə və kampaniyaya imza atıb.

Tron hazırda 3.246 milyard dollar bazar dəyərinə çataraq IOTA-nı qabaqlayıb.

Bunun səbəbi nədir?

Tron əsas şəbəkə token dəyişməsi baş tutdu, lakin bu əməliyyata dəstək verən birjaların siyahısı qabarıqdır: “Bitbns”, “Bibox”, “Binance”, “Bitfinex”, “Bitopro”, “Bitforex”, “Bittrex”, “Coinegg”, “Coinrail”, “Huobi” və başqaları.

Hazırda TRX tərəfdarları yeni platformada etibarsız olan Ethereum şəbəkəsinə əsaslanan ERC20 tokenlərinə sahibdir.

Tron ERC20 tokenlərindən TRON20 standartlarına keçəcək. Dəyişmə 1:1 nisbətində nəzərdə tutulub. İyunun 24-də baş tutacaq. Bunu dəstəkləyən birjaların sayı 30-dan çoxdur.

Con Makafi kimi bazarın tanınmış simalarının da Trona dəstəyi danılmazdır. Con Makafi Tron-un “Odyssey”-ini müxtəlif dillərə çevirib, coinin dünyada şöhrət qazanmasına kömək etdi.

Tron 0.0495 dollar civarındadır. 3.257.371 milyard dollar bazar dəyəri ilə IOTA-nı keçməyə müvəffəq olub. Son gündə 8.31% artıb. IOTA-nın cari bazar dəyəri isə 3.249 milyard dollardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255