BİRJA

Kriptovalyutalara daha bir zərbə
17 MAY
124

Kriptovalyutalara daha bir zərbə

2018-05-17 14:24:00

Bildiyiniz kimi kriptovalyutalar senzuralarla üz-üzədir. Senzuranın vahid mərkəz tərəfindən idarə edildiyini düşünsək, kriptovalyutaların bu qadağalarla nəzarətdə saxlanılmasına çalışıldığını görərik. Yəni, bəzi böyük şirkətlər kriptovalyutaların önünü kəsmək istəyirlər.

Bir çox böyük şirkət kriptovalyutalarla bağlı reklamları qadağan etdi. “Facebook”, “Twitter” və “Google”-un ardından Microsoft da bu karvana qatılan şirkətlər arasına girməyə hazırlaşır.

Gətirilən qadağaların insanları saxtakarlıqlardan və qazanclı maliyyə layihəsi olaraq təqdim edilən, amma fırıldaqçılıq məqsədli ICO-lardan orumaq üçün olduğu iddia edilir. Qadağaları tətbiq edən şirkətlər ICO-ların təhlükəli və riskli proqramlar olduğunu bildirirlər.

İnsan təbiəti lazım olanın əksini etməkdə israrlıdır. Kriptovalyuta reklamlarını qadağan etmək fırıldaqçıların qurbanlarını tapmaları üçün yeni və bəlkə daha təhlükəli yollar yaratmalarına imkan yaradır. Bəs, belə durumda böyük şirkətlər nə etməlidir? Əvvəlcə müştərilərinin bu mövzuda maarifləndirilmələri və özlərini qorumaq üçün yollar öyrədilməsi təmin olunmalıdır. Bundan sonra daha sağlam kriptovalyuta reklamlarına icazə verərək insanların öz qərarlarını verməsini təmin edə bilərlər. Ancaq qadağalar davam edərsə, saxtakarlıq hadisələri “yer altından” idarə olunacaq və təsbiti daha çətinləşəcək.

Mövzu haqqında “Microsoft” nə deyir?

“Microsoft”-un reklam siyasəti rəhbəri Melissa Alsoszatay-Pezeo bunları bildirib:

“Kriptovalyutalarla bağlı məhsullar hələlik tənzimlənmədiyi üçün müştərilərimizi qorumaq və riskləri minimuma endirmək məqsədiylə kriptovalyutalarla bağlı reklamlara izacə verməməmi məqsədəuyğun hesab edirik”.

Göründüyü kimi tənzimləmələrin vacibliyi bir daha özünü sübut edir. Bir çox şirkətlər bunun üzərində işləyirlər.

ICO-lar internet dünyası üçün böyük fürsətlər vəd edir. “Microsoft”-un da digər böyük şirkətlərlə eyni addım atması ilə kriptovalyutalarla bağlı şirkətlərin marketinq strategiyalarını gözdən keçirmələri lazım olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276