BİRJA

İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları yerləşdiriləcək
15 MAY
156

İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları yerləşdiriləcək

2018-05-15 16:37:00

Mayın 17-də Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Fonddan verilən məlumata görə, hərraca 20 mln. manat həcmində istiqraz çıxarılacaq.  İllik faiz dərəcəsi 3% olan istiqrazlar 1002,3333 qiyməti ilə satışa çıxarılacaq. İstiqrazların tədavül müddəti 23 ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254