BİRJA

Bitkoin "tilsimi sındırdı"
09 APREL
350

Bitkoin "tilsimi sındırdı"

2018-04-09 15:34:00

Kriptovalyuta bazarında aparılan korreksiya çərçivəsində bitkoin bahalaşaraq 7 min dollar psixoloji həddini keçib. Ekspertlərin fikrincə, bitkoinin qiyməti 7,6 min dollaradək artmaqda davam edəcək. "CoinMarketCap" portalınını məlumatlarına əsasən, bitkoinin qiyməti 2,36% bahalaşaraq 7,13 min dollar təşkil edib. Alternativ kriptovalyutaların qiymətində artım davam edir. Belə ki, "Ethereum" 5,96% və ya 412,5 dollaradək, "Ripple" 3,06% (0,5 dollara qədər), "Bitcoin Cash" isə 3,43% (670,72 dollaradək) bahalaşıb. Kriptovalyuta bazarının kapitallaşması hazırda 271,1 milyard dollar təşkil edir. Bu göstəricinin 45%-ə yaxını bitkoinin payına düşür.

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256