BİRJA

Bu ASC səhmdarlarına divident ödəyəcək
12 MART
439

Bu ASC səhmdarlarına divident ödəyəcək

2018-03-12 12:52:00

Aprelin 25-də, saat 12:00-da “Xəzər-Lada” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncagı keçiriləcək. Fins.az Report-a istinadən xəbər verir ki, yığıncaq şirkətin yerləşdiyi Abşeron rayonunun Xırdalan şəhərində, Bakı-Sumqayıt şosesinin 16-cı km-də olacaq.

Yığıncağın gündəliyinə illik hesabatın dinlənilməsi, dividentlərin verilməsi, mükafatlandırma və kənar auditorun təsdiq edilməsi məsələləri daxildir.

Xatırladaq ki, "Xəzər-Lada" şirkəti 2014-cü ildə yaradılıb, Rusiyanın "Avto-VAZ" şirkətinin istehsal etdiyi avtomobillərin Azərbaycanda satışı ilə məşğuldur. Onun nizamnamə kapitalı 445,8 min manatdır. Şirkətin səhmlərinin 30%-i Aleksandr Nikiforova, 29,8%-i Lyudmila Nazarenkoya, 19,4%-i Fəxrəddin Qasımzadəyə ("Xəzər-Lada"nın hazırkı prezidenti), 12,2%-i Naməddin Qasımzadəyə, 8,6%-i 146 fiziki şəxsə məxsusdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256