BİRJA

Neftin qiyməti maydan etibarən ilk dəfə 54 dolları ötüb
06 SENTYABR
218

Neftin qiyməti maydan etibarən ilk dəfə 54 dolları ötüb

2017-09-06 15:51:00

Dünya birjalarında neft bahalaşıb.

Fins.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,45 dollar və ya 0,92% artaraq 49,11 dollar təşkil edib

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,77 dollar və ya 1,44% artaraq 54,15 dollar olub

Beləliklə, Brent markalı neftin qiyməti mayın 25-dən etibarən ilk dəfə 54 dolları ötüb.

"Qara qızıl"ın bahalaşdıran amilə gəlincə, buna səbəb ABŞ-da neftə olan tələbatın artması və OPEC+ tərəfindən hasilatın azaldılmasına dair razılaşmanın müddətinin uzadılmasıdır.

©APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287