BİRJA

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika
16 AVQUST
232

Beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitika

2017-08-16 14:57:00

Fins.az avqust ayının 16-nə “AzFinance Investisiya Şirkəti” tərəfindən hazırlanmış beynəlxalq bazarlar və neftlə bağlı gündəlik analitikanı təqdim edir.

Beynəlxalq bazarlar
Risk-on mühitinin bazarlara qayıtması fonunda ABŞ indeksləri artımı dayandırıblar və müxtəlif istiqamətlərdə bağlanıblar. Volatillik indeksi VİX düşməyə davam edib. Bənzər qarışıq dinamika həmçinin Asiya ticarət meydanlarında müşahidə olunub. ABŞ-da iyul ayında pərakəndə satışı üzrə güclü statistikanın dəstəyi ilə dollar qalxıb. Müdafiə aktivləri Yena və Qızıl ucuzlaşmağa davam ediblər.
Neft 
Çində neft emalı həcmlərinin azalması məlumatları, eyni zamanda Energetika Nazirliyi tərəfindən ABŞ-da şist nefti hasilatının artması proqnozları neftin qiymətlərinə təzyiq göstərməyə davam edirlər. İnvestorlar Amerikanın ehtiyatlar üzrə statistikasını gözləməkdədirlər, məlumatlar bu gün dərc olunacaq. Səhər ehtiyatların azalması ilə bağlı optimizmin fonunda kotirovkalar qalxıb: Amerika neft institutunun dünənki hesabatı xammal neftinin ehtiyatlarının 9,2 mln. barrel azalmasını göstərib.

Beynəlxalq birjalarda ticarət etmək “AzFinance İnvestisiya Şirkəti” vasitəsi ilə mümkündür.

Telefon(012) 310-33-30

www.afi.az  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0209
  • ₽ RUB
    0.0292