BİRJA

SOCAR istiqrazları üzrə faizlərin ödənişi başlayır – AZƏRBAYCANDA İLK DƏFƏ
12 YANVAR
475

SOCAR istiqrazları üzrə faizlərin ödənişi başlayır – AZƏRBAYCANDA İLK DƏFƏ

2017-01-12 14:26:00

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dollarla buraxdığı SOCAR istiqrazları üzrə faizlərin ödənişi başlayır. 

«SOCAR Capital» şirkətindən verilən məlumata görə, nominal məbləği 1000 dollar olan və illik gəlirliliyi  5% olan SOCAR istiqrazları üzrə faizlər ildə 4 dəfə ödəniləcək.

İlk faizlər yanvarın 17-dən ödənilir.

Hər bir istiqraz üzrə faiz ödənişi 12,5 dollardır. İstiqraz sahibləri bu pulları  istədikləri kimi istifadə edə, bank hesabında saxlaya, nağd  formada çıxara, o cümlədən yeni istiqraz ala bilərlər.

Həcmi 100 milyon dollar olan SOCAR istiqrazlarının sahiblərinə yanvar ayından başlayaraq hər dəfə 1 milyon 250 min dollar olmaqla, il ərzində ümumilikdə 5 milyon dollar faiz ödəniləcək.

Bu il növbəti faiz ödənişləri 2017-ci ilin 17 aprel, 17 iyul və 17 oktyabr tarixlərində olacaq.

SOCAR istiqrazlarının ən byöük üstünlüyü onların dollarda buraxılması, SOCAR tərəfindən minimum alış qiymətinin təyin edilməsi (qiymətin 1 000 dollardan aşağı düşməsi mümkün deyil), likvidliyin yüksək səviyyədə olmasıdır. Belə ki, istiqrazları cəmi bir neçə dəyqiqəyə heç bir itki olmadan nağd vəsaitə çevirmək mümkündür. Bu da investorlar üçün heç bir investisiya alətində  olmayan böyük üstünlükdür.

Hazırda SOCAR istiqrazlarını sərfəli qiymətə təkrar bazardan əldə etmək mümkündür. Bunun üçün 1 və 5 saylı ASAN Xidmət mərkəzlərinə, *1999  qaynar xəttinə və ya socaristiqraz.az saytına müraciət etmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294