BİRJA

Neft ucuzlaşdı – SƏBƏBLƏR
23 SENTYABR
414

Neft ucuzlaşdı – SƏBƏBLƏR

2016-09-23 09:35:00
Dünya bazarında neft ucuzlaşır.
Fins.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,50 dollar azalaraq 45,82 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,41 dollar azalaraq 47,24 dollar olub.
Neftin ikigünlük bahalaşmasından sonra ucuzlaşmasına OPEC-in Əlcəzairdə keçiriləcək görüşü ərəfəsində Səudiyyə Ərəbistanı ilə İran arasında neft hasilatının müəyyən səviyyədə dondurulması ilə bağlı razılığın əldə olunmaması və danışıqların hələ də davam etməsi səbəb olub.   
Qeyd edək ki, gələn həftə Əlcəzairdə beynəlxalq energetika forumu çərçivəsində OPEC-in qeyri-rəsmi görüşünün keçirilməsi planlaşdırılır. Görüşdə OPEC ölkələri və neft hasilatı ilə məşğul olan digər dövlətlər arasında hasilatın dondurulma səviyyəsi barədə danışıqların bərpa olunacağı gözlənilir.
Mənbə: APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271