BİRJA

SOCAR-dan əhali üçün sürpriz – 5%-LİK İSTİQRAZ BURAXIR
09 SENTYABR
1575

SOCAR-dan əhali üçün sürpriz – 5%-LİK İSTİQRAZ BURAXIR

2016-09-09 09:58:00

Azərbaycanın ən böyük şirkəti – Dövlət Neft Şirkəti - SOCAR layihələrini maliyyələşdirmək üçün daxili borclanmaya gedir. Fins.az-ın məlumatına görə, şirkət ölkə vətəndaşları üçün istiqrazlar buraxacaq. Şirkət bunun həm də yerli vətəndaşlar üçün yeni investisiya imkanı olduğunu bildirir. SOCAR-ın istiqrazları dollarla buraxılacaq və sahiblərinə illik 5% gəlir gətirəcək. 

İstiqrazlara SOCAR özü zəmanət verəcək, şirkətin məlumatına görə, bu kağızlar asanlıqla alınıb-satıla biləcək. İstiqrazlardan gələn faiz gəlirlərini 3 aydan bir götürmək mümkün olacaq, buradan gələn gəlirlər isə vergidən azad ediləcək. 

İstiqrazlar kütləvi təklif ilə Bakı Fond Birjasında yerləşdiriləcək, fiziki və hüquqi şəxslər investisiya şirkətlərinə sifariş verərək ala biləcəklər. Eləcə də istiqrazları ASAN Xidmət mərkəzləri, banklar, investisiya şirkətləri və bank olmayan kredit təşkilatlarından almaq mümkün olacaq. Pronsesə Beynəlxalq Bank, Rabitəbank, Kapitalbank, Xalqbank bankları, eləcə də «İnvestAz» şirkəti, «PSG kapital», «PAŞA Kapital», «Azfinans» şirkətləri cəlb olunub.

İstiqrazların buraxılmasına sentyabrın 20-dən başlanacaq və bu proses oktyabrın 10-dək davam edəcək.

İstiqrazları ilə bağlı ətraflı məlumat ictimaiyyətə sentyabrın 16-da veriləcək.

İstiqrazlar barədə daha ətraflı buradan məlumat ala bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275