BİRJA

"Petkim"in səhmləri bahalaşdı
23 AVQUST
77

"Petkim"in səhmləri bahalaşdı

2016-08-23 10:04:00

“Deutsche Bank” əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim (Petrokimya) Holding A.Ş”-nin səhmlərinin hədəf qiymətini artırıb.

Almaniya bankı “Petkim”in səhmlərinin hədəf qiymətini 9,5% artıraraq 4,2 Türkiyə lirəsindən (TRY) 4,6 TRY-ə yüksəldib.

Qeyd edək ki, 2008-ci il mayın 30-da keçirilmiş hərracda "Petkim Holding"in səhmlərinin 51%-i 2,04 mlrd. dollara "SOCAR&Turcas Enerji A.Ş." alyansı tərəfindən əldə edilib. 30 mart 2012-ci ildə isə "Petkim" neft-kimya holdinqinin səhmlərinin daha 10,32%-i özəlləşdirilib. Daha sonra birjadan 5% hissə alınıb. Əlavə olunmuş səhmlər (15%) bazar konyukturasından asılı olaraq alınıb-satılır. SOCAR rəhbərliyi "Petkim Holding"dəki payın heç vaxt 51%-dən aşağı salınmayacağını bəyan edib.

Eləcə də bax: “Petkim”in sabiq direktoru həbs edildi

 

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272