BANK

Qarşıdakı vaxtlarda nağdsız ödənişlər bu qədər artacaq
06 MART
138

Qarşıdakı vaxtlarda nağdsız ödənişlər bu qədər artacaq

2019-03-06 13:25:00

Qarşıdakı 5 ildə Azərbaycanda nağdsız ödənişlərin 52 milyard manatadək artacağı nəzərdə tutulur. Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova “İqtisadiyyatın şaxələndirilməsi - özəl sektorun rolu üzrə yüksək səviyyəli Forum”da deyib. Onun sözlərinə görə, eyni zamanda, nağd iqtisadiyyatın çəkisinin 34 faiz azaldılması planlaşdırılır. Son 3 ildə Milli ödəniş sistemi üzrə aparılan dövriyyə 79 faiz artaraq 274 milyard manat olub. Həmin dövrdə kart ödənişlərində nağdsız dövriyyə isə 136 faiz artaraq 2,8 milyard manata çatıb.

© AZƏRTAC

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264