BANK

“Valyuta tənzimi haqqında” qanun dəyişdirildi
12 FEVRAL
456

“Valyuta tənzimi haqqında” qanun dəyişdirildi

2019-02-12 18:26:00

Valyuta mübadiləsi fəaliyyətinə lisenziyaların verilməsi proseduru sadələşdirilib.

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Valyuta tənzimi haqqında” qanuna dəyişiklik edilib.

Qanunun 13-2.5-ci maddəsinə əsasən, maliyyə bazarlarına nəzarət orqanı valyuta mübadiləsi fəaliyyətinə lisenziya verərkən onu müvafiq icra hakimiyyəti, indiki halda ölkə prezidenti ilə razılaşdırmalı idi.

Dəyişikliyə əsasən, bu məsələ aradan qaldırılır.

Qeyd edək ki, “Valyuta tənzimi haqqında” qanuna 2017-ci il aprelin 25-də edilmiş dəyişikliyə əsasən, valyuta mübadiləsi fəaliyyəti lisenziyalaşdırılan fəaliyyət növüdür. Bu işlə banklar və milli poçt operatoru (“Azərpoçt” MMC) ilə yanaşı, fiziki şəxslər də məşğul ola bilərlər.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul olunub.

© Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9126
  • ₽ RUB
    0.0266