BANK

Azərbaycanda alış-verişi Facebook və ya Whatsap üzərindən etmək mümkün olacaq
29 NOYABR
181

Azərbaycanda alış-verişi Facebook və ya Whatsap üzərindən etmək mümkün olacaq

2018-11-29 13:16:00

“Hazırda biz Azərbaycan bankları ilə danışıqlara başlayırıq. 2019-cu ildə ilkin işlərə başlanılacaq və əgər banklarla ortaq məxrəcə gəlinirsə 2019-cu ildə bu tətbiq ediləcək əgər alınmazsa ən gec 2020-ci ildə conversational comers Azərbaycana gətirməyi planlamışıq” Fins.az xəbər verir ki, bu sözləri Mastercard"ın Azərbaycan üzrə meneceri Erdem Çakar deyib

Bu sistemin işə düşməsi üçün bank və bir müəssisənin də bu xidməti dəstəkləməsi lazımdır. Biz mastercard olaraq texnologiyanı gətiririk. Xidmətləri yerli Azərbaycan şirkətləri həyata keçirməlidir deyə o əlavə edib.

Məlumat üçün bildirək ki, Conversational Commers insanların"Facebook Messenger" telegram, whatsap və s üzərindən alış-veriş etməsidir.

 Bundan başqa Erdem Çakarın sözlərinə  görə, təmsil etdiyi qurum Azərbaycanda nağdsız ödənişlərin həcminin artmasında maraqlıdır və bunun üçün yatırımlarını artıracaq.

“Hazırda Azərbaycanda nağdsız ödənişlər ölkənin ümumi daxili məhsulunun (ÜDM) 3,5-4%-ni təşkil edir. LakinTürkiyədə və Avropanın bəzi ölkələrində bu nisbət 40%-ə bərabərdir. “Mastercard” informasiya və kommunikasiya texnologiyalarının imkanlarından istifadə edərək Azərbaycanda "masterpass" xidməti tətbiq etməyi planlaşdırır. Bu xidmət vasitəsilə şifrələrinizi saxlaya biləcəksiniz və alış-veriş vaxtı hər dəfə onları internetdə təkrar qeyd etməyə ehtiyac olmayacaq”.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255