BANK

“Finca Azerbaijan”ın nizamnamə kapitalı 30%-ə yaxın artırılıb
31 OKTYABR
128

“Finca Azerbaijan”ın nizamnamə kapitalı 30%-ə yaxın artırılıb

2018-10-31 11:54:00

“Finca Azerbaijan” DKT bank olmayan kredit təşkilatının (BOKT) nizamnamə kapitalı 850 min manat və yaxud 29,25% artırılıb.

Fins.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, BOKT-un kapitalı 2 906 572 manatdan 3 756 572 manata çatdırılıb.

Xatırladaq ki, “Finca Azerbaijan” 2016-cı ilin yekununda 11,711 mln. manat məbləğində kapital çatışmazlığı ilə üzləşmişdi. BOKT-un 2017-ci ilin yekunundakı maliyyə göstəriciləri isə hələ açıqlanmayıb. 

Eləcə də bax:Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

 

©Report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9368
  • ₽ RUB
    0.0259