BANK

“Turan Bank” 9 ayı 65 min manat mənfəətlə başa vurub
17 OKTYABR
167

“Turan Bank” 9 ayı 65 min manat mənfəətlə başa vurub

2018-10-17 11:25:00

“Turan Bank” ASC 2018-ci ilin 9 ayını 65 min manat xalis mənfəət ilə başa vurub. Lakin bu mənfəət ötən ilin analoji dövrü ilə müqayisədə az olub. Belə ki, bank  ötən ilin eyni dövrünü 379 min manat xalis mənfəətlə bağlamışdı.  Bankın xalis mənfəəti isə  2018-ci ilin 6 ayında 205 min manat təşkil etmişdi.

“Turan Bank”ın cəmi gəlirləri təxminən ötən ilki səviyyədə qalıb, ehtimal olunan kredit və depozit itkiləri üçün ehtiyatlara ayırma azalıb, əməliyyat mənfəəti artıb.

Bank cari ilin yanvar-sentyabr dövründə “Turan Bank”ın cəmi gəlirləri 25 milyon 287 min manat, cəmi xərcləri isə 24 milyon 590 min manat təşkil edib. Nəticədə Bankın 697 min manat əməliyyat mənfəəti formalaşıb. Əməliyyat mənfəətinin 633 min manatı ehtiyatlara ayrıldığından xalis mənfəət 65 min manat təşkil edib.

2017-ci ilin yanvar-sentyabr dövründə “Turan Bank”ın cəmi gəlirləri 25 milyon 640 min manat, cəmi xərcləri 24 milyon 991 min manat, əməliyyat mənfəəti 648 min manat təşkil etmişdi. Bank ehtiyatlara 1 milyon 27 min manat ayırdığından ötən ilin 9 ayının 379 min manat zərər ilə bağlamışdı.

“Turan Bank”ın faiz gəlirləri 22 milyon 449 min manatdan 22 milyon 907 min manata yüksəlib, qeyri – faiz gəlirləri isə 3 milyon 191 min manatdan 2 milyon 380 min manata geriləyib.

30 Sentyabr 2018-ci il tarixində “Turan Bank” 513 milyon 967 min manat cəmi aktivlərə, 454 min 972 min manat cəmi öhdəliklərə və 58 milyon 995 min manat cəmi balans kapitalına malik olub.

30 Sentyabr 2017-ci il tarixində “Turan Bank” 525 milyon 655 min manat cəmi aktivlərə, 466 milyon 215 min manat cəmi öhdəliklərə və 59 milyon 441 min manat cəmi balans kapitalına malik idi.

Bankın müştərilərə verdiyi kreditlər 11 milyon 745 min manat artaraq 278 milyon 368 min manatdan 290 milyon 113 min manata yüksəlib.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257