BANK

Elman Rüstəmovun fəaliyyətinə qiymət verildi
08 OKTYABR
2499

Elman Rüstəmovun fəaliyyətinə qiymət verildi

2018-10-08 19:22:00

“Global Finance” maliyyə jurnalı “Mərkəzi bankların sədrlərinin 2018-ci il üçün Qlobal reytinqi”ndə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmovun fəaliyyət reytinqini "B" səviyyəsində təsdiq edib."AMB bu il təkrar maliyyələşmə dərəcəsini 3 dəfə - 15%-dən 10%-dək azaldıb. E.Rüstəmov bunu inflyasiyanın səviyyəsinin azalması, valyuta ehtiyatlarının artması və milli valyutanın sabitliyi ilə əlaqələndirib", - deyə nəşr qeyd edir. Fins.az İnterfaks Azərbaycan-a istinadən xəbər verir ki,“Global Finance” hesab edir ki, Azərbaycan “Şahdəniz” yatağının işlənməsindən və turizmin inkişafından əlavə gəlir əldə edəcək.

"2017-ci ildə ticarət balansının saldosu 5 mlrd.dolları ötüb və müsbət tendensiya davam edir. Prezident İlham Əliyev 2018-ci ilin aprel ayında keçirilmiş prezident seçkilərindən sonra cari pul-kredit siyasətini davam etdirməyi tapşırıb", - deyə jurnal qeyd edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256