BANK

“Women Bankers Club” un “Azərbaycan qadınının cəmiyyətdə rolu” haqqında növbəti görüşü keçirildi!
25 APREL
1595

“Women Bankers Club” un “Azərbaycan qadınının cəmiyyətdə rolu” haqqında növbəti görüşü keçirildi!

2018-04-25 15:33:00
21 aprel 2018-ci il tarixində “Women Bankers Club”un növbəti görüşü keçirildi. Görüşün budəfəki qonağı Xalq yazıçısı, nasir, publisist, 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991- ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü, hüquq elmləri doktoru, "Neftçi" PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev oldu.
Tədbirin əsas məqsədi Azərbaycanın bank sektorunda çalışan qadın bankirlərini bir yerə toplayaraq cəmiyyətin vacib saydığı məsələlərin müzakirəsi idi.
Qadın bankirlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan qadınının cəmiyyətdə, biznesdə, həmçinin ailədə rolu və bizim cəmiyyətə verə biləcəyi töhfəsi haqqında danışılıb. Xalq yazıçısı Çingiz Abdullayev tərəfndən mövzu ilə bağlı həyati məsləhətlər və tövsiyələr verilib, görüşün sonunda isə tədbir iştirakçıları arasında faydalı tanışlıqlar və mövzu ətrafında fkir mübadilələri aparılıb.
Qeyd edək ki, “Women Bankers Club” Azərbaycanda yeganə Qadın Bankirləri Klubudur. Klubun məqsədi Bank sektorunda çalışan Qadınları birləşdirib, uğurlu ünsiyyət platforması yaradaraq vahid ideologiya ətrafında faydalı fkir və peşəkarlıq mübadiləsinin aparılması, yeni tanışlıqların, banklararası münasibətlərin qurulması və möhkəmləndirilməsi, bir-birinə işgüzar dəstəyin təmin edilməsidir.
“Women Bankers Club” (Qadın Bankirlər Klubu) yeni yaradılsa da, tez bir vaxt ərzində bir çoxlarının rəğbətini qazanmağa müvəfəq
olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254