BANK

Dollar bu valyutaya qarşı bahalaşmağa başladı
12 APREL
1333

Dollar bu valyutaya qarşı bahalaşmağa başladı

2018-04-12 11:47:00

Yaxın Şərqdə geosiyasi gərginlik nəticəsində ötən gün Yaponiya yeninin bahalaşmasına baxmayaraq, bugünkü ticarət sessiyasında Yaponiya yeni dollara qarşı müəyyən qədər ucuzlaşır. Fins.az xəbər verir ki, dolların Yaponiya yeninə qarşı indeksi 106,79 bəndindən 106,91 bəndədək bahalaşıb.

Avro isə dollara qarşı ucuzlaşaraq 1,2368 bəndindən 1,2361 bəndədək azalıb. Ümumilikdə, dolların indeksi əsas valyutalar səbətinə qarşı 0,05% artaraq 89,55 bəndədək bahalaşıb.

Valyuta bazarı iştirakçıları Yaponiya yeninin bahalaşmasından sonra bu gün öz mənfəətlərini yenidən nəzərdən keçirməli olacaqlar. Valyuta bazarında gərginliyin yaranmasına digər səbəb ABŞ prezidenti Donald Trampın Suriya il bağlı bəyanatı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279