BANK

Azərbaycan banklarına yeni imkan yaradılıb
03 APREL
301

Azərbaycan banklarına yeni imkan yaradılıb

2018-04-03 12:18:00

Azərbaycanda fəaliyyət göstərən banklar vergi ödəyicisi olan hüquqi şəxslərin dövlət müəssisəsi olub-olmadığını müəyyən edə biləcək.

Fins.az bu barədə Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadən xəbər verir.

Məlumata görə, qurumun Komplayns Ekspert Qrupunun təşəbbüsü ilə Vergilər Nazirliyinə sözügedən məsələ ilə bağlı rəsmi müraciət edilib. Nazirlik müraciəti müsbət qarşılayıb və banklar müəssisələrin dövlətə məxsus olub-olmadığını müəyyən edən müvafiq sistem təminatı ilə təmin olunub.

Xatırladaq ki, dövlət müəssisəsi nizamnamə fondunda dövlətin payı 30% və daha çox olan müəssisə və təşkilatlar hesab edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256