BANK

PAŞA Bank ölkənin gömrük məntəqələrini POS-terminallar ilə təchiz etdi
07 MART
1119

PAŞA Bank ölkənin gömrük məntəqələrini POS-terminallar ilə təchiz etdi

2018-03-07 10:18:00

PAŞA Bank ölkənin gömrük məntəqələrində POS-terminallar şəbəkəsinin quraşdırılmasına dair geniş miqyaslı layihəyə başlamışdır. Bu layihə xarici iqtisadi fəaliyyət ilə məşğul olan yerli sahibkarlığın dəstəklənməsinə və nağdsız ödənişlərin stimullaşdırılmasına zəmin yaradacaqdır.

Layihə çərçivəsində Bakıda və ölkənin 7 regionunda fəaliyyət göstərən gömrük məntəqələrində POS-terminallar quraşdırılmışdır, yaxın gələcəkdə isə ölkə ərazisində fəaliyyət göstərən bütün Gömrük İdarələrində POS-terminalların quraşdırılması nəzərdə tutulub. POS-terminallar vasitəsi ilə bütün növ gömrük ödənişlərini kart vasitəsi ilə həyata keçirmək mümkün olacaq.

PAŞA Bankın İdarə Heyəti Sədrinin müavini Cavid Quliyevin sözlərinə görə, xarici iqtisadi fəaliyyət ilə məşğul olan şirkətlər, o cümlədən PAŞA Bank müştəriləri olan “Korporativ” və “Gömrük” kartlarına malik hüquqi şəxslər bu POS-terminal şəbəkəsi vasitəsi ilə rüsumları və vergiləri rahat şəkildə ödəməklə daha sərfəli tariflərdən faydalanacaqdır.

Qeyd edək ki, PAŞA Bank əlavə dəyər vergisi (ƏDV), aksiz vergisi, yük gömrük bəyannamələrinin rəsmiləşdirilməsi üçün rüsum və digər müvafiq vergilərin sürətli ödənişlərinin həyata keçirilməsi üçün müştərilərinə xüsusi kart – “Gömrük” kartı təqdim edir. Kartın istifadəsi müştərilərimizə gömrük ödənişləri üzrə əməliyyatlarını rahat formada izləmək, hesabatlıq və təhlil sistemini yaratmaq üçün imkanlar verir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256