BANK

“Banklar haqqında” qanuna dəyişikliklər qüvvəyə minib
11 YANVAR
617

“Banklar haqqında” qanuna dəyişikliklər qüvvəyə minib

2018-01-11 18:38:00

Azərbaycan prezidenti İlham Əliyev “Banklar haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun imzalayıb. Fins.az xəbər verir ki, qanunun 57-11.6-cı maddəsində aşağıdakı dəyişikliklər edilib:

1.1. üçüncü cümlədən “ümumilikdə 90 gün müddətinədək” sözləri çıxarılıb;

1.2. aşağıdakı məzmunda dördüncü və beşinci cümlələr əlavə edilib: “Hər bir müraciət üzrə verilən uzadılma 180 gün müddətindən artıq ola bilməz. Bu cür uzadılmaların sayına məhdudiyyət qoyulmur”.

Keçid müddəasında (Maddə 2) isə qeyd olunur ki, bu qanunun 1-ci maddəsi bu qanun qüvvəyə mindiyi tarixədək başlanılmış restrukturizasiya proseslərinə də şamil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9978
  • ₽ RUB
    0.0273