BANK

"Günay Bank" 2017-ci ili belə başa vurub
11 YANVAR
640

"Günay Bank" 2017-ci ili belə başa vurub

2018-01-11 17:37:00

Bu il yanvarın 1-nə “Günay Bank”ın aktivləri 192,21 milyon manat olub ki, bu da illik müqayisədə 61,8% çoxdur. Bunun 114,234 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2017-ci ildə Bankın kredit portfeli 12,8% artıb.

Ötən il “Günay Bank”ın balans kapitalı 8,8% artaraq 60,278 milyon manata yüksəlib, nizamnamə kapitalı isə dəyişməyərək 64,91 milyon manat qalıb.

Ötən il “Günay Bank”ın öhdəlikləri 2,1 dəfə artaraq 131,931 milyon manata çatıb. Bunun 86,062 milyon manatı müştərilərdən alınmış depozitlərdir. 2017-ci ildə Bankın depozit portfeli 2,2 dəfə böyüyüb. O cümlədən fiziki şəxslərin depozitləri 0,65% azalaraq 36,637 milyon manat, hüquqi şəxslərin depozitləri isə 33,8 dəfə artaraq 49,924 milyon manat olub. Maliyyə qurumunun Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 68,1% azalaraq 61, milyon manata düşüb.

Müəllif: Xeybər Heydərov

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251