BANK

“NBC Bank”ın yığılmış zərəri artaraq 12 mln. manat oldu
11 YANVAR
346

“NBC Bank”ın yığılmış zərəri artaraq 12 mln. manat oldu

2018-01-11 02:50:00

Azərbaycanın kommersiya bankı olan “NBC Bank” 2017-ci ildəki faiz gəlirlərinin azalması ilə yanaşı yığılmış zərəri də artaraq 12 milyon manat olub. Fins.az xəbər verir ki, bu barədə bankın 2017-ci ilin illik hesabatında deyilir. Bankın faiz gəlirləri 2016-cı illə müqayisədə 2017-ci ildə  2,3 milyon az olaraq 13,9 mln. manat təşkil edib.

Bankın cəmi kapitalı artaraq 56,84 mln təşkil etsədə zərərdən qaça bilməyib. Hazırda bankın balansında ötən illədən yığılmış 12,4 mln. manatlıq zərər qalmaqdadır. Qeyd edək ki, bu zərər 2016-cı ilin illin hesabatında da mənfi olmaqla 10,6 milyon manat təşkil edirdi. 154,4 milyon manat kredit portfelinə malik olan “NBC Bank”ın problemli kreditlərinin həcmi 12 milyon manatdır. Bankın cəmi öhdəlikləri ötən illə müqayisədə 41,3 milyon manata yaxın artaraq 147,3 milyon manat təşkil edib. Hazırda bankın cəmi aktivlərinin həcmi 204,1 milyon manat təşkil edir ki, bu da 2016-ci illə müqayisədə çox deməkdir.

Müəllif: Xeybər Heydərov 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276