BANK

Bu il manat bahalaşa bilərmi? – VÜQAR BAYRAMOV
04 YANVAR
915

Bu il manat bahalaşa bilərmi? – VÜQAR BAYRAMOV

2018-01-04 12:08:00

Maliyyə naziri Samir Şərifov manatın möhkəmlənməsi üçün təzyiqlərin olduğunu bildirib. Bəs manat 2018-ci ildə bahalaşa bilərmi? İqtisadçı-ekspert Vüqar Bayramov Fins.az-a bildirib ki, bir müddət öncə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının sifarişi ilə Niderlandın ING maliyyə holdinqinin tərəfdaşı ACT LLC humanitar təşkilatı tərəfindən  keçirilən son sorğu və hazırlanan hesabatda Azərbaycan milli valyutasının dollara nisbətən kursunun 2018-ci ildə 1.59-dək yüksələcəyi qeyd olunub. Mərkəzi Bankın mövqeyi dəyişməyib: əgər qlobal şoklar baş verməzsə o zaman 2018-ci ildə il manat dəyər itirməyəcək. Deməli, bu il manatın məzənnəsi daha çox neftin qiymətindən asılı olacaq. Amma bütün hallarda manatın yenidən möhkəmlənməsi qeyri-neft ixracatı və iqtisadiyyatın diversifikasiyası baxımdan arzuolunan deyil. Ekspert hesab edir ki, iqtisadi baxımdan mövcud məzənnəni qoruyub saxlamaq daha məntiqli olardı: "Son proseslər də göstərir ki, Mərkəzi Bank manatın yenidən kəskin möhkəmlənməsində maraqlı görsənmir. Baş bank üçün mövcud məzənnəni qoruyub saxlamağın daha prioritet olduğu hiss edilir. Əslində, hökumətə təqdim etdiyimiz təkliflərdə manatın möhkəmlənməsi deyil, mövcud məzənnənin qorunub saxlanması və bunun müqabilində 2015-ci ildə hazırladığım “üç tərəfli” mexanizm əsasında xarici valyutada kreditləri olan vətəndaşlarımıza bu il kompensasiyaların verilməsi öz əksini tapıb. Bu bir tərəfdən, Azərbaycan qeyri-neft məhsullarının rəqabətqabiliyyətliliyinin qorunub saxlmasına gətirib çıxarar, digər tərəfdən isə problemli kreditlərin sağlamlaşdırılması, əhalinin banklara olan borc öhdəliyinin kəskin azaldılması baxımdan ciddi irəlləyişə səbəb olar. Bu ilki məzənnəyə bir daha toxunsaq, manatın yenidən möhkəmlənməsi iqtisadiyyatın şaxələnməs ilə bağlı prioritetlər baxımdan arzuolunan olmasa da son qərarı Mərkəzi Bank deyəcək. Baş bank isə hələlik milli valyutanın möhkəmlənməsində maraqlı görsənmir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254