BANK

Türkiyə bankları Azərbaycanda təmsilçiliyini artıracaq
23 NOYABR 2017
414

Türkiyə bankları Azərbaycanda təmsilçiliyini artıracaq

2017-11-23 09:49:00

“Yaxın zamanlarda bəzi Türkiyə bankları Azərbaycanda fəaliyyətə başlamaq üçün lisenziya əldə etməklə bağlı müraciət edəcək”.

Fins.az-ın məlumatına görə, bunu bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən “Bank sisteminin yeni inkişaf dövrünə adaptasiyası” adlı II Bankçılıq Forumunda (İslahatlar, Nəticələr və Perspektivlər) “Ziraatbank Azərbaycan” ASC-nin baş direktoru Hüseyn Aydın deyib.

Onun sözlərinə görə, “Ziraatbank” Azərbaycanda  filial şəbəkəsini genişləndirəcək: “Bu gün Azərbaycanda bankın 2 filialı fəaliyyət göstərir. Yaxın zamanlarda bankımızın daha üç filialı fəaliyyətə başlayacaq. Bununla da Azərbaycanda filiallarımızın sayı 5-ə çatdırılacaq. Filiallarımız həm Bakıda, həm də sənayenin genişləndiyi digər şəhərlərdə olacaq”.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254