BANK

“Bank Standard”ın Kreditorlar Komitəsinin iclası başa çatıb
21 NOYABR 2017
493

“Bank Standard”ın Kreditorlar Komitəsinin iclası başa çatıb

2017-11-21 18:57:00

Ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin iclası başa çatıb.

Fins.az“Report”-a istinadən xəbər verir ki, iclasın yekununda Komitənin sədri, hüquqşünas Əkrəm Həsənov Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) toplantıda iştirak edən icraçı direktorunun müavini Vüqar Abdullayevə bir daha müraciət edib.

O xahiş edib ki, Fondun bu məsələ ilə bağlı apardığı məhkəmə işləri barədə kreditorlara mütəmadi məlumat verilsin. V.Abdullayev isə bu barədə məlumatların mütəmadi olaraq ictimailəşdirildiyini deyib.

Daha sonra kreditorlar Ə.Həsənovun təklifi əsasında “Bank Standard”la bağlı Dövlət Təhlükəsizlik Komitəsinə müraciət etməyə qərar veriblər. Bundan başqa, kreditorların digər qərarına əsasən, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri Xalid Əhədov da daxil olmaqla Bank müflis olana qədər ona rəhbərlik etmiş şəxslər barədə məhkəməyə müraciət olunacaq.

Kreditorlar Komitəsinin növbəti iclası yanvarın 29-da olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276