BANK

“Bank Standard”ın Kreditorlar Komitəsinin iclası olacaq
05 SENTYABR 2017
419

“Bank Standard”ın Kreditorlar Komitəsinin iclası olacaq

2017-09-05 09:11:00

Sentyabrın 7-də ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin növbəti iclası keçiriləcək. Fins.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Komitənin sədri, hüquqşünas Əkrəm Həsənov məlumat verib. Onun sözlərinə görə, iclas Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən ofisində olacaq.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

“İclasda müzakirə olunacaq əsas məsələ “Bank Standard”ın ləğvi üzrə məhkəmə prosesinin gedişatı, Bankın müflisləşməsində təqsiri olanlara qarşı addımlar və ümumiyyətlə bundan sonrakı fəaliyyətimiz olacaq. İclasda ölkə rəhbərliyinə müraciətin qəbul olunması gözlənilir”, - deyə Ə.Həsənov bildirib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267