BANK

Azər Türk Bank bu kartların sayını artırıb
07 AVQUST
137

Azər Türk Bank bu kartların sayını artırıb

2017-08-07 11:45:00

Azər Türk Bankın mətbuat xidmətindən Fins.az-a verilən məlumata görə, cari ilin altı ayı ərzində müştərilər Bankın plastik kartları vasitəsilə 402 184 əməliyyat həyata keçiriblər. Ümumilikdə kartla əməliyyatların dövriyyəsi 68,4 milyon manat olub. Bu göstəricilər, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 36% və 24% çoxdur.

Bankın son aylarda həyata keçirdiyi, o cümlədən Azər Türk Bankın 22 illiyi münasibətilə həvəsləndirici güzəşt kampaniyaları bankın kart müştərilərinin sayının artmasına səbəb olub.

Hazırda dövriyyədə Banka məxsus 36 mindən çox aktiv plastik kart vardır ki, bu da ötən ilin altı ayının nəticələrinə nisbətən 50 faiz çoxdur.

Qeyd edək ki, 22 ildir fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+27°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0081
  • ₽ RUB
    0.0288