BANK

"Atabank" səhmdarlarını toplayır
16 İYUN
481

"Atabank" səhmdarlarını toplayır

2017-06-16 09:50:00

İyulun 31-də "Atabank" ASC-nin səhmdarlarının ümumi yığıncağının növbəti iclası keçiriləcək. İclas saat 11:00-da Bankın əsas inzibati binasında (Bakı şəhəri, Nəsimi rayonu, Ş.Bədəlbəyli küçəsi,102 ünvanında) baş tutacaq.

Fins.az bu barədə rəsmi mətbuata istinadən xəbər verir.

Səhmdarların ümumi yığıncağının gündəliyinə əsasən, toplantıda Müşahidə Şurası və İdarə Heyətinin 2016-cı il hesabatları, Bankın 2016-cı maliyyə ili üzrə illik hesabatı, mühasibat hesabatı, mənfəət və zərər hesabatlarının təsdiq edilməsi, mənfəətin bölüşdürülməsi və s. məsələlərin müzakirəsi aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9983
  • ₽ RUB
    0.0287