BANK

Nağdsız ödənişlərin həcmi 15,3% azalıb
12 İYUN
397

Nağdsız ödənişlərin həcmi 15,3% azalıb

2017-06-12 15:23:00

Azərbaycanda cari ilin yanvar-aprel ayları ərzində ATM və POS-terminallar vasitəsilə ümumilikdə 335 mln. manat həcmində 4 862 min əməliyyat həyata keçirilib.

Hesabata əsasən, nağdsız əməliyyatların həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 103 mln. manat və ya 44,4% artıb.

Əməliyyatların 250 mln. manatı POS-terminallar, 85 mln. manatı ATM-lər vasitəsilə həyata keçirilib. Beləliklə, POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmində 115 mln. manat və ya 85,2% artım, ATM-lər vasitəsilə ödənişlərdə isə 12 mln. manat və ya 12,4% azalma qeydə alınıb.

Hesabata əsasən, cari ilin aprel ayında POS-terminallar vasitəsilə nağdsız ödənişlərin həcmi əvvəlki ayla müqayisədə 11 mln. manat və ya 15,3% azalaraq 61 mln. manat,  ATM-lə nağdsız ödənişlərin həcmi isə dəyişməz qalaraq 17 mln. manat təşkil edib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7003
  • € EUR
    2.0028
  • ₽ RUB
    0.0297