BANK

“NBC Bank”ın problemli kreditləri 69% artıb
11 YANVAR
335

“NBC Bank”ın problemli kreditləri 69% artıb

2017-01-11 16:41:00

 “NBC Bank” ASC-nin vaxtı keçmiş kreditləri 2016-cı ilin yekununda 13,354 mln. manat təşkil edib. Fins.az xəbər verir ki, bu, 2015-ci ilin yekunu ilə müqayisədə 68,7% çoxdur.

Hesabat ili ərzində “NBC Bank”ın problemli kreditlərinin ümumi kredit portfelində payı isə 6,4%-dən 9,9%-ə yüksəlib. Bu nisbət iqtisadiyyatın sahələri üzrə aşağıdakı kimi dəyişib:

 

 

İqtisadiyyatın sahələri

 

 

Problemli kreditlərin 
ümumi kredit portfelində payı
2016-cı il 2015-ci il
1 İctimai təşkilatlar, mərkəzi və 
bələdiyyə idarəetmə orqanları   
100,0% 100,0%
2 Fiziki şəxslər 18,8% 12,6%
3 Ticarət və xidmət sahəsi 5,6% 1,2%
4 Sənaye sahəsi 2,3% 1,4%
  Orta hesabla 9,9% 6,4%

Xatırladaq ki, "NBC Bank" 1992-ci ildə "Ruzu" səhmdar kommersiya bankı kimi yaradılıb, 2002-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 64 000 205 manatdır. Bankın səhmlərinin 65,91%-i onun daxil olduğu "Nurgun Group" MMM-in prezidenti Nuru Yaşar oğlu Əliyevə, 6,42%-i Aynur Əhməd qızı Kamalovaya, yenə də 6,42%-i Aysel Yusif qızı Usubovaya, 6,16%-i Nüşabə Yaşar qızı Səfiyevaya, 6,02%-i adı çəkilən holdinqə, 4,3%-i Surxay Tofiq oğlu Əhmədova, 2,72%-i "Caspian Insurance Co." MMM-ə, 1,02%-i Elnur Müşfiq oğlu Səfiyevə, yenə də 1,02%-i isə Nicat Müşfiq oğlu Səfiyevə məxsusdur.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.8311
  • € EUR
    1.9483
  • ₽ RUB
    0.0308