BANK

Muğanbankın səhmlərini alanlar kimlərdir? - SİYAHI
29 NOYABR
676

Muğanbankın səhmlərini alanlar kimlərdir? - SİYAHI

2016-11-29 12:58:00

“Muğanbank” nizamnamə kapitalını artırmaq üçün bazar çıxartdığı səhmlərin alıcıları məlum oldu. Fins.az xəbər verir ki, 10 milyon manat həcmində səhmlər iki mərhələdə elə bankın öz səhmdarları tərəfindən alınıb. 

Belə ki, nominal dəyəri 200 AZN olan 6350 ədəd səhmi Mehdiyev Elmir Maqbet oğlu alaraq bunun üçün 1 milyon 270 min manat vəsaitini kapitala yönəldib. Bununla bağlı əqdin bağlanmasından sonra onun payı 63,5% olmaqla 180975 səhmə malik olub. Mehdiyev Maqbet 1310 səhm alaraq banka əlavə 262 min manat yatırıb. Fəridə Mehdiyeva  isə 1135 ədəd səhm alaraq kapitala əlavə 227 min manat vəsait yatırıb. 

Vəfa Vəliyeva 1205 səhm üçün 241 min manat əalvə emissiyanın sahibi olub və onun payı 12% təşkil edir.    
Qeyd edək ki, yerləşdirmədən sonra “Muğanbank” ASC-nin nizamnamə kapitalı 65 mln AZN-ə çatıb. 
Beləliklə, Muğanbankın səhmdarlarının sırası nə genişlənib, nə də dəyişib. 
Səhmdarların bankın nizamnamə kapitalında payı (faizlə) hazırda belədir: 
Mehdiyev Elmir Maqbet oğlu – 63.50 %
Vəliyeva Vəfa Əhməd qızı – 12.05 %
Mehdiyev Maqbet Rəhim oğlu – 13.10 %
Mehdiyeva Fəridə Cahandar qızı – 11.35 %
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275