BANK

İpoteka götürənlərə aliment “şoku”
18 NOYABR
802

İpoteka götürənlərə aliment “şoku”

2016-11-18 15:52:00

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti  ipoteka krediti və güzəştli ipoteka krediti almaq istəyən şəxslərin aylıq gəlirlərinin hesablanması qaydasını təsdiq edib.  Fins.az xəbər verir ki, yeni qaydalarda  tək uşaq saxlayan valideynlərin aldığı  aliment də gəlirlərin siyahısına daxil edilib.

Qaydalara görə, faktiki ödənilən alimentlər kredit aımaq istəyən ümumi gəlirlərindən çıxılacaq. Aliment alan şəxslərin də gəlirlərində bu məqam nəzərə alınacaq. Başqa sözlə, aliment əlavə gəlir mənbəyi kimi nəzərə alınacaq.

Qaydalarda digər gəlirlərin hesablanması da göstərilib. Kredit alan vətəndaşların xarici valyuta ilə əldə olunan gəliri bu gəlirin əldə edildiyi tarixdə Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə müvafiq hesablanacaq.  İpoteka almaq istəyənlərin gəlirləri həm də vergi, əmək, sığorta, o cümlədən sosial sığorta və bank qanunvericiliyi ilə müəyyən edilən sənədlərə əsasən hesablanır.  Bu zaman həmin ödənişlər  vətəndaşın gəlirindən çıxılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275