BANK

Bankların tələbi rekord həddə çatıb – DEPOZİT HƏRRACI
31 OKTYABR
2784

Bankların tələbi rekord həddə çatıb – DEPOZİT HƏRRACI

2016-10-31 13:31:00

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb. AMB-dən fins.az-a verilən məlumata görə, 31 oktyabr 2016-cı il tarixində keçirilmiş növbəti depozit hərracında bankların tələbi 107,1 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,5 % təşkil edib.

Qeyd edək ki, hərracın şərtlərinə görə, AMB 28 günlük müddətə ümumi məbləği 50 milyon manat olan depozit cəlb edib. Başqa sözlə, hərracda depozitə tələbat 2 dəfədən də artıq olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275