«Bank VTB (Azərbaycan)» Bakı şəhərindəki əsas filiallarından birini köçürüb. Bankdan fins.az-a verilən məlumata görə, söhbət Cəfər Cabbarlı küçəsində fəaliyyət göstərən «Nizami» filialından gedir. Məlumata görə, filial oktyabr ayının 25-dən etibarən «Elmlər Akademiyası» metrosunun yaxınlığında fəaliyyət göstərir. Daha dəqiq desək, Cəfər Cabbarlı küçəsi 6/8 ünvanında yerləşən filial Hüseyn Cavid prospekti 32-yə köçürülüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır