BANK

Mərkəzi Bank ADİF-ə kredit verəcək
14 OKTYABR
401

Mərkəzi Bank ADİF-ə kredit verəcək

2016-10-14 14:19:00

"Əmanətlərin sığortalanması haqqında" qanuna uyğunlaşdırılması məqsədi ilə "Mərkəzi Bank haqqında" və "Dövlət borcu haqqında" qanunlara dəyişikliklərin edilməsi təklif olunur. Bu barədə Milli Məclisin plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti sədrinin müavini Aftandil Babayev dəyişikliklər barədə məlumat verib. Onun sözlərinə görə, "Mərkəzi Bankı haqqında" qanuna yeni maddənin əlavə edilməsi təklif olunur. Belə ki, AMB-nin funksiyalarına "Əmanətlərin sığortalanması haqqında" qanuna uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna dövlətin zəmanəti ilə təmin olunmuş kreditin verilməsi də daxil edilib.

"Dövlət borcu haqqında" qanuna da yeni maddənin əlavə edilməsi təklif olunur. Belə ki, qanuna əlavə edilmiş 3.4-1-ci maddəyə əsasən, Əmanətlərin Sığortalanması Fondunun borcalmaları və onların dövlət zəmanəti ilə təmin olunması qaydası "Əmanətlərin sığortalanması haqqında" qanunu ilə tənzimlənəcək.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275